Apteklərdə yoxlama aparıldı
Sentyabrda 22 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.
Bu barədə LiderXəbər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bir aptekdə nöqsan aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.
“Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaranarsa Analitik Ekspertiza Mərkəzinə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış qəbzini və aptekin ünvanını yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür”, - məlumatda qeyd olunub.