Pressa.az » Ölkə » Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar

Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar

06 noyabr 2026, Cümə, 17:18
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar

“Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik olunub.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, reyestrin aparılması qaydası zamanı 3x4 sm ölçüdə fotoşəkil tələbi aradan qaldırılacaq.

Həmçinin məhkəmə ekspertizası idarəsində təcrübə keçməsi barədə məlumat (təcrübə keçdiyi məhkəmə ekspertizası idarəsinin adı və təcrübə keçdiyi müddət) və məhkəmə ekspertinin intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat (olduğu halda) tələblərı siyahısından çıxarılır.