ANAMA: "Tərtərdə minaya düşən şəxsin hər iki ayağı amputasiya edilib"
Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.
LiderXəbər xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 6-da piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.
Oxşar Xəbərlər:
19 iyul 2023, Çərşənbə
Bir qrup şəxs “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib - SİYAHI