DSX-nin 2 hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub
Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub.
Liderxeber.az xəbər verir ki, bu barədə qurumun teleqram kanalında bildirilib.
"İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!", – məlumatda qeyd olunub.
Oxşar Xəbərlər:
15 aprel 2024, Bazar ertəsi
İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb
07 noyabr 2023, Çərşənbə axşamı
DSX həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb