DSX həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
LiderXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar Xəbərlər:
23 fevral 2023, Cümə axşamı
Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin aylıq vəzifə maaşları 10 faiz artırılıb