Pressa.az » Cəmiyyət » ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü - Yenilənib

ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü - Yenilənib

28 aprel 2025, Bazar ertəsi, 13:28
ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü - Yenilənib

Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.

Bu barədə Liderxeber.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1kişi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir”.