“Barselona”ya iki-üç qol vura bilərdik”
“Barselona”ya iki-üç qol vura bilərdik”.
Liderxeber.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels “Barselona” ilə oyundan (1:4) sonrakı açıqlamasında bildirib.
“Barselona”ya qarşı oynamaq hamımız üçün çox xüsusi idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdik və qol şanslarımız oldu. Topumuz tirdən qayıtdı, əslində, iki-üç qol da vura bilərdik. Lakin “Barselona” kimi rəqibə qarşı yaranan imkanlardan istifadə etməyəndə, onlar öz şanslarını dəyərləndirirlər.
Aramızdakı ən böyük fərq də elə budur. “Barselona”nın qapısına qol vurduğum üçün çox şadam, amma ikinci bir şansım da var idi ki, onu da mütləq qola çevirməli idim”, - o qeyd edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
06 mart 2024, Çərşənbə
Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"
12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"
