Bakıda bir nəfər doqquz ədəd qaşıq uddu

Bakıda bir nəfər doqquz ədəd qaşıq udub.
Liderxeber.az xəbər verir ki, saat 01:00-də Sabunçu Tibb Mərkəzinə təcili tibbi yardım üçün müraciət olunub.
İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.
Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub. Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.
Oxşar Xəbərlər:
29 okt 2024, 13:55
08 apr 2024, 12:30
30 okt 2024, 16:10
17 dek 2024, 16:54