Pressa.az » Cəmiyyət » Həcc ziyarəti üçün kvota dolub

Həcc ziyarəti üçün kvota dolub

22 may 2025, Cümə axşamı, 12:33
Həcc ziyarəti üçün kvota dolub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayırıb.

Liderxeber.az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

V.Cahangiri bildirib ki, bununla yanaşı, 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub:

“Kvotadan əlavə 30 nəfərdən çox müraciət olsa da, say tamamlandığından onların müraciətləri qəbul edilməyib. Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır”. 

Qeyd edək ki, Azərbaycanda 6-7 iyun Qurban Bayramı olduğu üçün qeyri-iş günü elan edilib.