Pressa.az » Cəmiyyət » İmişlidə şəhid ailələri ziyarət edilib - Fotolar

İmişlidə şəhid ailələri ziyarət edilib - Fotolar

06 iyun 2025, Cümə, 13:06
İmişlidə şəhid ailələri ziyarət edilib - Fotolar

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Qurban bayramı münasibətilə 4-5 iyun tarixlərində şəhid ailələrini ziyarət edib.

Liderxeber.az xəbər verir ki, ziyarətlər zamanı Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub.

İcra başçısı Qurban bayramı münasibətilə ailələri səmimi-qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, ruzi-bərəkət və səbir arzulayıb.

Bildirilib ki, bu kimi ziyarətlər şəhid ailələrinin mənəvi dəstəyə ehtiyac duyduğu bir zamanda dövlətin onların yanında olduğunu bir daha nümayiş etdirir.

Bununla yanaşı, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon üzrə 1100-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb.

Sosial dəstək aksiyası sakinlər tərəfindən rəğbətlə qarşılanıb.