Pressa.az » Cəmiyyət » Masallıda itkin düşən məktəbli qız Cəlilabadda tapıldı

Masallıda itkin düşən məktəbli qız Cəlilabadda tapıldı

24 iyun 2025, Çərşənbə axşamı, 11:39
Masallıda itkin düşən məktəbli qız Cəlilabadda tapıldı

Masallıda itkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb.

Liderxeber.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədovanın Cəlilabad şəhəri ərazisində olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Masallı şəhəri, Dadva küçəsində yaşayan 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədova iyunun 19-da axşam saatlarında yaşadığı evdən çıxıb naməlum istiqamətə gedib.

Onun yaxınlarının müraciətindən sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar.