Pressa.az » Cəmiyyət » Ağdamda minaya düşən polis əməkdaşının SON VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda minaya düşən polis əməkdaşının SON VƏZİYYƏTİ AÇIQLANDI

30 iyun 2025, Bazar ertəsi, 10:40
Ağdamda minaya düşən polis əməkdaşının SON VƏZİYYƏTİ AÇIQLANDI

Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 30-da, saat 1:50-də Ağdam rayonunda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

"1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir", -deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ağdam rayonunun Papravənd kəndi ərazisində 2025-ci il 30 iyun tarixində mina hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonunun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.