Pressa.az » Cəmiyyət » Avtomobildən çölə zibil atan sürücü çətin anlar yaşatdı - VİDEO

Avtomobildən çölə zibil atan sürücü çətin anlar yaşatdı - VİDEO

04 iyul 2025, Cümə, 18:25
Avtomobildən çölə zibil atan sürücü çətin anlar yaşatdı - VİDEO

Binəqədi-Balaxanı şosesində hərəkətdə olan avtomobil yola ard-arda plastik butulka və digər tullantılar atıb.

Hadisə şahidi Liderxeber.az-a açıqlamasında bildirib ki, "Toyota" markalı, “77-HT-304” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü zibili bir neçə dəfə çölə atıb. Buna etiraz olaraq digər sürücülər irad bildirsə də, eyni hal bir neçə dəfə təkrar olunub.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub.