Pressa.az » Cəmiyyət » Pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan dondurmalarda TƏHLÜKƏ VAR?

Pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan dondurmalarda TƏHLÜKƏ VAR?

17 iyul 2025, Cümə axşamı, 12:15
Pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan dondurmalarda TƏHLÜKƏ VAR?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumatda bildirilib ki, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.