Pressa.az » Cəmiyyət » 180 tələbə ADA-da dövlət hesabına oxuyacaq

180 tələbə ADA-da dövlət hesabına oxuyacaq

17 iyul 2025, Cümə axşamı, 16:29
180 tələbə ADA-da dövlət hesabına oxuyacaq

ADA Universiteti bu ildən 1 və 2-ci qrupun bəzi ixtisasları üzrə dövlət sifarişi əsasında tələbə qəbulu aparacaq.

Liderxeber.az xəbər verir ki, bu qruplar üzrə ümumilikdə 180 yer ayrılıb. 

I qrupa aid ixtisaslar:

Kompüter elmləri - 30 yer;

2024-cü il üçün keçid balı: 652.

Kompüter mühəndisliyi - 30 yer;

2024-cü il üçün keçid balı: 618.

Riyaziyyat - 30 yer;

2024-cü il üçün keçid balı: 660.

İnformasiya texnologiyaları - 30 yer;

2024-cü il üçün keçid balı: 626.

II qrupa aid ixtisaslar:

Maliyyə - 30 yer;

2024-cü il üçün keçid balı: 579.

İqtisadiyyat - 30 yer;

2024-cü il üçün keçid balı: 633.