Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
“3600-dən çox məktəb tikilib və əsaslı təmir edilib”.
Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“1.3 milyondan çox təhsil və təlim şagirdimizin şəraiti yaxşılaşdırılıb. Mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb. Ümid edirik ki, 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemimiz qalmayacaq”, - deyə nazir müavini qeyd edib.
***
Kənan Kərimzadə əlavə edib ki, 2027-ci ildə Qarabağ Universitetində Mühəndislik fakültəsinin binasının açılışı həyata keçiriləcək: “Bu il Qarabağ Universitetinə qəbul nəticələri bizi çox sevindirdi. 1200-dən çox tələbə Qarabağ Universitetini seçib. Bu tələbələrin 50%-dən çoxu 500 baldan çox nəticə göstərib”.
