Pressa.az » Cəmiyyət » Xaçmazda dənizdə boğulan şəxsin kimliyi məlum oldu

Xaçmazda dənizdə boğulan şəxsin kimliyi məlum oldu

29 iyul 2025, Çərşənbə axşamı, 09:22
Xaçmazda dənizdə boğulan şəxsin kimliyi məlum oldu

Xaçmazda dənizdə boğulan şəxsin kimliyi məlum.

Liderxeber.az xəbər verir ki, o, Quba rayon sakini, Arif Əsədzadədir.

Qeyd edək ki, hadisə ötən gün Xəzər dənizinin Xaçmazın İstisu qəsəbəsi ərazisində qeydə alınıb.

Mərhumun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aqil Vəlili

Quba rayon sakini Xəzər dənizində boğulub.

Liderxeber.az xəbər verir ki, Xaçmaz rayonunun İstisu qəsəbəsi hissəsində qeydə alınıb.

Sözügedən ərazidə 50 yaşlı kişi dənizdə çimərkən boğulub. Boğulan şəxsin Qubanın Dəlləkli kənd sakini olduğu bildirilir.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Mərhumun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.