Pressa.az » Cəmiyyət » Uşaqların oturaq həyat tərzinə meyil etməsinin səbəbi bilindi

Uşaqların oturaq həyat tərzinə meyil etməsinin səbəbi bilindi

08 sentyabr 2025, Bazar ertəsi, 17:04
Uşaqların oturaq həyat tərzinə meyil etməsinin səbəbi bilindi

San-Paulu Universitetindən olan braziliyalı alimlərin araşdırmasına görə, əgər valideynlər oturaq həyat tərzi keçirirlərsə, uşaqların onlardan nümunə götürmək ehtimalı yüksəkdir.

Liderxeber.az -ın xəbərinə görə, araşdırma "Sports Medicine and Health Science" jurnalında dərc olunub.

Eksperimentdə 6-17 yaş arası 182 uşaq və onların valideynləri - 161 ana və 136 ata iştirak edib.

Valideyn orta intensiv fiziki aktivliyə həftədə150 ​​dəqiqə ayırırdısa, aktiv hesab olunurdu. Bütün qruplarda oturaq vaxt üzrə yüksək səviyyə qeydə alınıb. Orta hesabla həm uşaqlar, həm də onların valideynləri az hərəkətsiz vəziyyətdə gündə 8-9 saat vaxt keçiriblər.

Alimlər o qənaətə gəliblər ki, valideynlərin fiziki fəaliyyət səviyyəsi uşaqların vərdişlərinə birbaşa təsir edə bilər. Başqa sözlə, valideynlər daha aktiv olduqda, onların uşaqlarının uzun müddət oturaq vəziyyətdə qalma ehtimalı azalır.