Şəhid Veysəlin anasının 3 və 7 mərasimi keçirilib
Bu gün Birinci Qarabağ müharibəsinin şəhidi Veysəl Qasımovun anası Sara Qasımovanın 3 və 7 mərasimi baş tutub.
Liderxeber.az xəbər verir ki, anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri, Şəhidlərin ailə üzvləri, yaxınları, qazilər iştirak edib.
Mərasim iştirakçıları vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə Şəhidlərin xatirəsinə Quran oxunub, daha sonra ehsan süfrəsi təşkil olunub.
Qeyd edək ki, 1963-cü il noyabrın 17-də Bakıda anadan olan Veysəl Qasımov 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb.
Xatırladaq ki, 2023-cü ilin sentyab ayında Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.





