Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
Türkiyənin Zonquldaq bölgəsində yerləşən özəl daş kömür mədənində partlayış baş verib.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dərəiçi məhəlləsində qeydə alınan hadisə nəticəsində iki nəfər ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.
İnsidentin mədən qazının partlaması nəticəsində baş verdiyi bildirilir.
Partlayışın olduğu əraziyə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Mədəndə qalan 1 fəhlənin xilas edilməsi üçün axtarış-xilasetmə işləri aparılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 dekabr 2024, Çərşənbə axşamı
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb, altı nəfər xilas edilib - YENİLƏNİB-3
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
18 fevral 2025, Çərşənbə axşamı
Qazaxıstanda mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyitləri tapılıb – YENİLƏNİB 2
