Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
Dünən Həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıb.
Liderxeber.az xəbər verir ki, bununla bağlı APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat oteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada “Ümreyi Təməttö”nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. Bununla da ehramdan çıxmış hesab edilirlər. Yəni ərəfə gününədək Kəbəyə gediş-gəliş sərbəst olacaq”, - o bildirib.
V.Cahangiri qeyd edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.
Qeyd olunub ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcəklər.



Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 may 2024, Çərşənbə
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuşun vaxtı məlum olub
