Pressa.az » Cəmiyyət » Ölkəmizdən Həccə gedən zəvvar qrupu Məkkədə - Fotolar

Ölkəmizdən Həccə gedən zəvvar qrupu Məkkədə - Fotolar

26 may 2025, Bazar ertəsi, 08:46
Ölkəmizdən Həccə gedən zəvvar qrupu Məkkədə - Fotolar

“Azərbaycandan Həccə gedən birinci zəvvar qrupu Məkkəyə çatıb”.

Liderxeber.az xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Biz onları hoteldə xüsusi formada dini ilahilərlə qarşıladıq. Onlara səccadə, gül, xüsusi yemək və içkilər təqdim edib hotelə yerləşdirdik. Hotelə yerləşdirildikdən təxmini 1 saat sonra xüsusi servis avtobusları vasitəsilə rəhbərlər onları Hərəmə - Kəbənin olduğu yerə aparacaqlar”, - deyə o bildirib.

Vüsal Cahangiri deyib ki, zəvvarlar kəbə evində Ümreyi-Təməttö yerinə yetirəcəklər: “Ümreyi- Təməttö 5 vacib əməldən ibarətdir - ehrama girmək, niyyət və təlbiyyə, kəbəni təvaf etmək, təvaf namazı, Səfa və Mərvə dağlarına doğru gedib 7 dəfə səy etmək və təqsir (saç və dırnaqdan bir qədər kəsmək) etmək”.