Hovuz suyunun gözlərə zərəri
Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssislər risklərin azaldılması üçün üzgüçülük zamanı qoruyucu eynəklərdən istifadə etməyi, çimdikdən sonra isə gözləri ovuşdurmamağı tövsiyə edirlər.
Bundan əlavə, kondisionerdən istifadə zamanı da ehtiyatlı olmaq vacibdir. Soyuq və quru hava gözlərdə yanma, yorğunluq və “qum hissi” yarada bilər.
Oxşar Xəbərlər:
23 iyl 2026, 15:01
25 iyl 2024, 16:19
23 iyl 2026, 10:14
29 may 2026, 15:18
