Pressa.az » Ölkə » Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib

Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib

29 oktyabr 2026, Cümə axşamı, 17:21
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Liderxeber.az xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.

Onların popkorndan zəhərləndiyi iddia olunur.

***

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Araşdırma aparılır. 

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.