Pressa.az » Cəmiyyət » Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

04 avqust 2026, Çərşənbə axşamı, 10:28
Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların nazirliyə müraciətlərinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb.

Bu barədə Liderxeber.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların FHN-ə və nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim olunması məqsədilə “mygov” platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb.

Vətəndaşlar “mygov” platformasında "Dövlət qurumlarına rəsmi məktub" bölməsi vasitəsilə FHN-i və ya nazirliyin müvafiq alt qurumunu seçərək elektron müraciətlərini ünvanlaya bilərlər.

Müraciətin nəticəsi üzrə FHN tərəfindən hazırlanmış rəsmi cavab “mygov” platforması üzərindən vətəndaşın şəxsi kabinetinə göndərilir.