Bakının mərkəzində "Avatr"ın sükanı bloklandı, qəza baş verdi
Bakının İstiqlaliyyət küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Yüksək sürətlə hərəkət edən minik avtomobili 132-134 saylı Təhsil Kompleksinin qarşısındakı məhəccərləri sındıraraq çoxillik çinar ağacına çırpılıb.
Yüngül xəsarət alan sürücünün bildirdiyinə görə, hadisəyə səbəb sükanın bloklanması olub.
Hazırda əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağac və maşının ərazidən götürülməsi istiqamətində tədbirlər görülür. (Qafqazinfo)
Oxşar Xəbərlər:
02 sen 2024, 07:00
16 sen 2024, 14:12
17 iyl 2024, 14:47
02 sen 2024, 13:57
17 apr 2026, 16:36
