Pressa.az » Cəmiyyət » Sumqayıtda silahlı hücum: 2 nəfər ölüb, yaralılar var

Sumqayıtda silahlı hücum: 2 nəfər ölüb, yaralılar var

28 oktyabr 2023, Şənbə, 10:09
Sumqayıtda silahlı hücum: 2 nəfər ölüb, yaralılar var

Sumqayıtda evə silahlı basqın olub, ölən və yaralananlar var.

LiderXəbər xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.