“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən “Qarabağ” və “Zirə” yoxlama oyununda üz-üzə gələcəklər.
Liderxeber.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandalar arasında görüş oktyabrın 3-də, “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.
Bildirilib ki, yoxlama matçı yalnız media nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, hazırda Misli Premyer Liqasında “Qarabağ” 13 xalla 3-cü (5 oyuna), “Zirə” isə 10 xalla 5-cidir (6 oyuna).
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 mart 2025, Cümə axşamı
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2
