Günə hər səhər bir stəkan süd içməklə başlayın
Sağlam həyat üçün ən əhəmiyyətli qida qaynağı olan süd və süd məhsulları xüsusilə böyümə və inkişaf dövrlərində, hamiləlik və ana südü ilə qidalanma dövründə daha çox önə çıxır.
Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, süd insanın gündəlik B12 vitamini ehtiyacının 50%-ni, kalsium ehtiyacının 25%-ni, kalium və D vitamini ehtiyacının isə 15%-ni qarşılaya bilir.
Süd tərkibindəki kalsium və D vitamini sayəsində sümük sağlamlığına əhəmiyyətli dərəcədə töhfə verir. Güclü sümüklərin meydana gəlməsində əhəmiyyətli olan süd, bədənə qəbul edilən qidalarda kalsiumun sərbəst buraxılmasını təmin edir. Ona görə də həyat boyu süddən faydalanmaq və müntəzəm olaraq istehlak etmək vacibdir.
İmmuniteti artırır, sümük quruluşunu gücləndirir, həzm üçün faydalıdır, enerji mübadiləsini dəstəkləyir, dişləri qoruyur və inkişafı dəstəkləyir. Uşaqlıqdan süd istehlakı vərdişinə yiyələnmək və onu ömür boyu saxlamaq vacibdir. Səhər acqarına istehlak edilən 1 stəkan süd bağırsaqların hərəkətinə kömək edir və yağ yandırılmasını sürətləndirir. Süd bir çox pəhriz siyahılarının qəlyanaltılarına daxildir.