Rəsmi nikah olmadan kəbin kəsən din xadimlərinin cəzalandırılması təklif edilib
Rəsmi nikah olmadan molla kəbini kəsilməməlidir.
Liderxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva bildirib. Deputat deyib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər: “Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır”.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
19 oktyabr 2023, Cümə axşamı
Uşaqlara qarşı cinsi istismara görə məhkum olunanlar pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb