Pressa.az » Siyasət » Ceyhun Bayramov onu birinci katib təyin etdi

Ceyhun Bayramov onu birinci katib təyin etdi

03 noyabr 2026, Çərşənbə axşamı, 13:09
Ceyhun Bayramov onu birinci katib təyin etdi

Xarici İşlər Nazirliyində birinci katib vəzifəsinə təyinat olub.

Bu vəzifə Nərmin Hüseynovaya həvalə edilib.

Qeyd edək ki, N.Hüseynova 2025-ci ildən Nazirlikdə ikinci katib olaraq çalışırdı. O, 2021-2025-ci illərdə Azərbaycanın Cenevrə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində əvvəlcə üçüncü, sonra isə, ikinci katib vəzifələrində çalışıb. N.Hüseynova Xarici İşlər Nazirliyində 2018-2020-ci illərdə attaşe, 2020-2021-ci illərdə isə, üçüncü katib olub. (Plat)