Pressa.az » Cəmiyyət » Muğan Rəqəmsal Vadisinin ilk məzun günü keçirilib

Muğan Rəqəmsal Vadisinin ilk məzun günü keçirilib

13 iyun 2024, Cümə axşamı, 10:51
Muğan Rəqəmsal Vadisinin ilk məzun günü keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sabirabad rayonunda başladığımız “Technest” təhsil proqramı çərçivəsində 60 şəxs məzun oldu və onlardan ən azı yarısı İKT sahəsində işlə təmin ediləcək. Layihənin formatı belədir. 

Liderxeber.az xəbər verir ki, artıq növbəti mərhələ üçün 80 şəxs seçilib və 3 istiqamət üzrə "Help Desk", "Qrafik Dizayn" və "İT Foundations" istiqamətləri üzrə təlimlərə başlayıb. Oktyabr ayından isə növbəti mərhələ başlayacaq və ən azı 100 nəfəri əhatə edəcək. Bu gənclər təkcə təqaüd proqramında iştirak etmirlər, həm də gələcək həyatlarını qururlar, Azərbaycanın gələcək inkişafına töhfə verirlər. 

Çünki bu fəaliyyətimiz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 14 fevral tarixində andiçmə mərasimində açıqladığı və milli hədəf kimi qarşımıza qoyduğu texnoloji inkişaf sahəsindəki kadr hazırlığı ilə bağlıdır. Cənab Prezident qeyd etmişdi ki, dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar.

Sabirabad rayonunda fəaliyyətə başlayan Muğan Rəqəmsal Vadisi də məhz Cənab Prezident İlham Əliyevin irəli sürdüyü formul əsasında qurulub. 

Rəqəmsal və İnkişaf Nazirliyinin proaktiv dəstəyi, Techspace Azərbaycan şirkətinin səmərəli fəaliyyəti və rayon ictimaiyyətinin bu çağırışa çevik cavabı bu istiqamətdə həyata keçirilən dövlət siyasətin uğurunu şərtləndirir. 

Məzun günündə iştirak edən şəxslər bu təqaüd proqramının həm şəxsi inkişaf, həm də məşğulluğun təmin edilməsi istiqamətində böyük dəstək olduğunu bildirdilər. Region gəncləri Muğan Rəqəmsal Vadisində keçirilən təlimlərin sayının artırılması və layihənin davamlılığının təmin edilməsi ilə bağlı arzularını çatdırdılar.