Pressa.az » Cəmiyyət » Alimlər Altsheymer xəstəliyinin dərmansız müalicə etməyin yolunu tapıblar

Alimlər Altsheymer xəstəliyinin dərmansız müalicə etməyin yolunu tapıblar

14 iyun 2024, Cümə, 10:15
Alimlər Altsheymer xəstəliyinin dərmansız müalicə etməyin yolunu tapıblar

Mentolu tənəffüs edən Altsheymer xəstəliyi olan siçanlar idrak qabiliyyətlərini yaxşılaşdırıb.

Liderxeber.az-ın məlumatına görə, təcrübənin nəticələrini “The Conversation” nəşri dərc edib.

Altsheymer - sinir hüceyrələrinin itirilməsi nəticəsində yaddaş, düşüncə və sosial bacarıqlarda problemlər yaranan sağalmaz xəstəlikdir. Sonrakı mərhələlərdə xəstələr qohumlarını tanımır və evdə özlərinə baxa bilmirlər. Əvvəlki araşdırmada yeni məqalənin müəllifləri müəyyən ediblər ki, mentolun müntəzəm inhalyasiyası siçanlarda immun reaksiyasını gücləndirə bilər.

İndi elm adamları altı ay ərzində mentola məruz qalmanın Altsheymer xəstəliyi olan heyvanların yaddaşını və öyrənməsini yaxşılaşdırmağa kömək etdiyini müəyyənləşdiriblər.

Mentol beyində iltihabı artıran interleykin-1 proteininin səviyyəsini azaldır. Belə ki, interleykin-1 Altsheymer xəstəliyində yaddaş itkisinə səbəb olur. Mentol həmçinin iltihabı idarə etməyə kömək edən immun T-tənzimləyici hüceyrələrin işini yaxşılaşdırıb.