Pressa.az » Cəmiyyət » Bakıda ticarət mərkəzinin qarşısında odlu silahla qəsdən öldürülmə faktına görə cinayət işi başlanıb

Bakıda ticarət mərkəzinin qarşısında odlu silahla qəsdən öldürülmə faktına görə cinayət işi başlanıb

27 iyun 2024, Cümə axşamı, 07:55
Bakıda ticarət mərkəzinin qarşısında odlu silahla qəsdən öldürülmə faktına görə cinayət işi başlanıb

Şəxsin odlu silahla qəsdən öldürülməsi faktına görə cinayət işi başlanıb
İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Nərimanov rayon prokurorluğunun məlumat yayıb.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam davam edir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Hadisə paytaxtın Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.