Builki sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların adları açıqlanıb - Siyahı
Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında nəticə göstərən ibtidai sinif müəllimləri ən çox Astara rayonu üzrə olub.
Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, həmin rayon üzrə 33 faiz müəllim 0-29 bal arası nəticə göstərib:
"Siyahı üzrə ilk sırada Azərbaycan dili və ədəbiyyat fənni üzrə Tərtər, Bərdə, Daşkəsən (hər üçü 14%), riyaziyyat fənnindən Gədəbəy (24%), Göygöl (20%), Ağcabədi (21%), xarici dil fənni üzrə isə Ağcabədi (42%), Astara (38%), Lerik rayonundan (37) olan müəllimlər olub".
E.Əmrullayev qeyd edib ki, sertifikatlaşdırılma prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.