Pressa.az » Cəmiyyət » Rayona getmək istəyənlərə xəbərdarlıq

Rayona getmək istəyənlərə xəbərdarlıq

27 iyun 2024, Cümə axşamı, 20:06
Rayona getmək istəyənlərə xəbərdarlıq

Azərbaycanın rayonlarında iyunun 28-29-da əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.