XƏBƏRDARLIQ - Ürək xəstəlikləri və xərçəng riski günbəgün artır
Statistikaya əsasən, dünyada 1,8 milyard insan idman etmir.
Liderxeber.az xəbər verir ki, bunun nəticəsində ürək xəstəlikləri və xərçəng riski günbəgün daha da artır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təqdim etdiyi hesabatda dərc edilib.
Qeyd edilib ki, yetişkən insanlar arasında passiv həyat tərzi 2010-cu ildən bəri yüzdə 5 faiz artıb. Ən böyük faiz artımı isə Şimali Asiya ölkələrində yaşanır.
ÜST qadınların kişilərdən daha çox passiv həyat tərzi keçirdiyini açıqlayıb.
Belə ki, passiv həyat tərzi keçirən şəxslərin yüzdə 34 faizi qadınlar, yüzdə 29 faizi isə kişilərdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreysus bu halın xərçəng və ürək xəstəliklərinə səbəb olacağını bildirib.
O ölkə baçılarına bunun üçün xüsusi büdcə ayırmağa dəvət edib.
Ümumdünya Səhiyyə Təşkilatının Fiziki Aktivlik Şöbəsinin rəhbəri Fiona Bull fiziki aktivliyi təşviq edən layihələrin nəzərə alınmasının və idman üçün zallarınnı yaradılmasının vacibliyini vurğulayıb.
Yetişkən insanlara həftədə 150 dəqiqə idmanla məşğul olmaq tövsiyyə edilib.