Pressa.az » Cəmiyyət » Sağlam insan gündə nə qədər şokolad yeyə bilər?

Sağlam insan gündə nə qədər şokolad yeyə bilər?

15 iyul 2024, Bazar ertəsi, 09:18
Sağlam insan gündə nə qədər şokolad yeyə bilər?
İnsan sağlamlığına zərər vermədən gündə 1 "plitka" şokolad yeyə bilər.
Liderxeber.az  xəbər verir ki, bunu dietoloq Anna Belousova "NSN"ə bildirib.
"Bu, tünd şokolad olmalıdır. O, ən təsirli antidepresantlardan biri kimi təsir edir", - deyə dietoloq qeyd edib.
Onun sözlərinə görə, insan 100 qram şokolad istehlak edərək 2 min kalori olan gündəlik normanın beşdə birini almış olur.
Dietoloq şəkərin şokoladın kalorisini yüksəltdiyini xatırladıb və buna görə də kakao tərkibi 85% və ya daha yüksək olan tünd şokoladı seçməyi tövsiyə edib.
"Sağlam bir insan gündə bir "plitka" şokolad yeyə bilər. Ancaq hamısını bir oturuşda yeməməlisiniz", - dietoloq nəzərə çatdırıb.
O əlavə edib ki, artıq çəkili və ya hərhansı xəstəliyi olan insanlar gündə ən çox "plitka"nın altıda birini yeyə bilərlər.
Qeyd edək ki, həkimlər yaxşı şokoladın tərkibində kakaonun ən azı 70% olmasının vacibliyini vurğulayırlar.
Həmçinin, keyfiyyətli məhsulun tərkibində kakao yağı, kakao tozu və təbii şəkər olmalıdır.
Tərkibində lazımsız əlavələr olan şokoladları yemək məsləhət görülmür.