Ətin qiymətindəki artımın səbəbi nədir?
Ətin qiymətində artım müşahidə olunur.
Liderxeber.az-ın məlumatına görə, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ətin qiyməti bahalaşıb. Alıcılar da ətin qiymətinin artdığını deyirlər. Satıcılar isə qiymət artımının səbəbini keçən qurban bayramı və fəsillə əlaqələndirirlər.
Ekspertlər hesab edirlər ki, ətin qiymətinin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulan yem və dərman məhsullarının bahalaşmasıdır. Amma yay fəslindən sonra qiymətlərdə ucuzlaşma ola bilər.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
11 dekabr 2023, Bazar ertəsi
Azərbaycana qida və yem məhsullarının idxalına dair yeni qayda müəyyənləşib