Pressa.az » Cəmiyyət » AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO

AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO

03 noyabr 2026, Çərşənbə axşamı, 18:11
AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrası davam etdirilir.

Ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində layihəyə ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda start verilib. Hazırda isə layihə Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən “Kəngərli” ərzaq bazarında tətbiq edilib.

Layihə çərçivəsində ailə kəndli təsərrüfatları tərəfindən istehsal edilən süd və süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları əks etdirən etiketlərlə satışa təqdim olunur.

Xüsusi etiket və qablaşdırma təmin edilməklə məhsul satışı ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə, istehsalçıların tanınmasına, onların məhsullarına istehlakçı etimadının artırılmasına və bazarda rəqabət imkanlarının genişləndirilməsinə töhfə verəcək. Eyni zamanda, istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.