Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.
Liderxeber.az xəbər verir ki, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Sosial şəbəkədə ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Rauf Ağaquliyev daha əvvəl də eyni əməllərə görə inzibati qaydada həbs olunub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 noyabr 2025, Bazar ertəsi
İcra Hakimiyyətindəki qəbulda qalmaqal - Vəzifəli şəxs başçının müavininə hücum etdi
