Pressa.az » Cəmiyyət » Sürücülərin NƏZƏRİNƏ! - Yeni radarlar quraşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ! - Yeni radarlar quraşdırılır - VİDEO

17 iyul 2024, Çərşənbə, 19:02
Sürücülərin NƏZƏRİNƏ! - Yeni radarlar quraşdırılır - VİDEO

Azərbaycanda yeni növ radarlar quraşdırılır. Sürət həddinin tez - tez aşıldığı ərazilərdə artıq qurğular yerləşdirilərək istifadəyə verilib.

Quraşdırılan tablolarda maşının nömrəsi və sürət həddi göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, elektron tabloların quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl edilməsidir.

Qeyd edək ki, bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması üçün işlər davam etdirilir.