Pressa.az » Cəmiyyət » Xərçəngin müalicəsində YENİLİK: 95 faiz uğurlu nəticə əldə olundu

Xərçəngin müalicəsində YENİLİK: 95 faiz uğurlu nəticə əldə olundu

18 iyul 2024, Cümə axşamı, 16:00
Xərçəngin müalicəsində YENİLİK: 95 faiz uğurlu nəticə əldə olundu

Çin elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən süni intellekt modeli hazırlayıb.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyaların istehsalçısı "SenseTime"dan olan tədqiqatçıların iştirakı ilə baş tutub.

Onlar ölkədəki yerli məlumatlardan təxminən 300 min rəqəmsal patoloji görüntüləri istifadə ediblər.

Tədqiqatda, çox yönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyi bildirilir.

"PathOrchestra" adlanan süni intellekt tətbiqi, 50-yə yaxın xərçəng xəstəsinin müayinəsində 95% doğruluq nəticəsi göstərib.