“Bakalavr təhsil pilləsinə qeydiyyat prosesi rəqəmsallaşdırılacaq”
Yaxın gələcəkdə bakalavr təhsil pilləsinə qeydiyyat prosesinin rəqəmsallaşması planlaşdırılır.
Liderxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
Onun sözlərinə görə, bu ildən Azərbaycan Texniki Universiteti ilə tamamilə kağızsız formada qeydiyyat prosesinin həyata keçirilməsi planlaşdırılır: "Yaxın gələcəkdə bakalavr, ondan sonda rezidentura və doktorantura üçün qeydiyyat və qəbul elektron qaydada həyata keçiriləcək".
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
25 iyun 2024, Çərşənbə axşamı
Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmir?