Pressa.az » Cəmiyyət » Ağlamağın da faydaları var...

Ağlamağın da faydaları var...

27 fevral 2025, Cümə axşamı, 10:09
Ağlamağın da faydaları var...

Ağlamaq insanın həm fiziki, həm də mənəvi durumu üçün faydalıdır.

Liderxeber.az xarici araşdırmalara istinadən xəbər verir ki, həftədə bir dəfə ağlamağın stressi azaltdığı və psixi sağlamlıq üçün faydalı olduğu məlum olub.

Göz yaşları bədənin toksinləri atmasına kömək edir, bu da immunitet sisteminin güclənməsinə səbəb olur. Ağlamanın ağ qan hüceyrələrini stimullaşdırdığı və infeksiyalarla mübarizə apardığı da müəyyən edilib.Məlumata görə, kədərləndiyiniz zaman ağlamaq ürəyin daha az yorulmasına səbəb olur. Çünki göz yaşı sıxılan ürək damarlarını açır. 

Uzun müddət ağlamağın bədəndə oksitosin və endorfin kimi kimyəvi maddələrin ifraz olunmasına səbəb olduğu deyilir. Bu da həm fiziki, həm də emosional ağrıları aradan qaldırmağa kömək edir.Araşdırmalar göstərir ki, ağlamaqla stressin öhdəsindən gəlmək daha asandır. Bu hiss təəccüblü olsa da, xoşbəxtlik hormonlarını aktivləşdirir.

Kədərli günlərdə ağlayan insanlar daha çox dincəlir və digərlərindən daha yaxşı yatırlar. İnsan kədərlənəndə və ya sevinəndə təzyiqi aşağı düşür və ya yüksəlir, lakin ağlayarkən təzyiqi normallaşır.Yalnız ağlamaq deyil, hönkürərək ağlamaq da əhval-ruhiyyəyə müsbət təsir göstərir. Hönkürən zaman alınan qısa nəfəs beynin daha yaxşı düşünməyinə imkan verir.

Hər insan köməyə ehtiyacı olanda ifadə edə bilmir. Bu vəziyyətlərdə ağlamaq da köməyə və ya rahatlığa ehtiyacınızı bildirərək sosial funksiyanı yerinə yetirə bilir.