Diabet iynələrindən arıqlamaq üçün istifadə ciddi fəsadlar yarada bilər

Diabet xəstələri üçün həkim məsləhəti ilə istifadə olunan iynələr "arıqlama iynələri" adı altında məşhurlaşıb.
Liderxeber.az xəbər verir ki, bunlardan biri də "Ozempic" adlı preparatdır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, 2023-2024-cü illərdə ölkəyə 106 304 ədəd "Ozempic" idxal edilib.
Son zamanlar bu preparatdan geniş istifadə olunmağa başlanılıb. Artıq çəkidən əziyyət çəkən insanların bəziləri bu iynəni həkim icazəsi olmadan alır və qəbul edir. Hətta ölkədə qiyməti baha olduğu üçün bu iynəni xaricdən daha ucuz qiymətə gətirənlər də var.
Həkim - endokrinoloq Jalə Oqtayzadə isə deyib ki, bu tip iynələri ancaq həkim təyin etməlidir, çünki özbaşına istifadəsi ciddi fəsadlar yarada bilər.
Həkimin sözlərinə görə, dərəcəsi düzgün təyin edilməyən bu tip iynələrin istifadəsi mədə-bağırsaq sistemində problemlər yarada, əzələ itkisi və hətta sümük əriməsinə səbəb ola bilər.
Oxşar Xəbərlər:

