Suriyada gərginlik: Əsəd tərəfdarlarından ibarət silahlı qruplaşmalar zərərsizləşdirildi

Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsədin ölkənin qərbində hücumların təşkilinə cəhd edən silahlı tərəfdarlarını zərərsizləşdirməyə nail olub.
Liderxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Həsən Əbdül Qani məlumat verib.
Qani, həmçinin ölkənin sahilyanı əyalətlərində əməliyyatın başa çatdığını elan edib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Latakiya əyalətinin bir sıra şəhərlərində və Tartus əyalətinin bir neçə yaşayış məntəqəsində əvvəlki rejimin qalıqlarının qruplaşmalarını zərərsizləşdirə bilib və bunun nəticəsində təhdidlərin qarşısını almaq və regionun təhlükəsizliyini təmin etmək mümkün olub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət

03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?