Pressa.az » Ölkə » Sabahın havası - Yağış, duman, şaxta

Sabahın havası - Yağış, duman, şaxta

09 noyabr 2026, Bazar ertəsi, 12:27
Sabahın havası - Yağış, duman, şaxta

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Oxşar Xəbərlər:

Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günləri hava necə olacaq?
26 may 2026, Çərşənbə axşamı
Bayram günləri hava necə olacaq?
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq
Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb