Pressa.az » Dünya » “Ukraynanın coğrafiyası artıq dəyişib”

“Ukraynanın coğrafiyası artıq dəyişib”

09 noyabr 2026, Bazar ertəsi, 15:46
“Ukraynanın coğrafiyası artıq dəyişib”

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib.

Liderxeber.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan danışıb.

O bildirib ki, söhbət ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılacaq üçtərəfli danışıqlardan gedir.

ABŞ Prezidenti Donald Trampın müharibədən sonra Ukraynanın müstəqil və azad qalacağı, lakin sərhədlərinin bir qədər dəyişə biləcəyi barədə açıqlamasına münasibət bildirən Peskov deyib:

“Ukraynanın görünüşünə gəlincə, coğrafi baxımdan artıq fərqli ölkədən söhbət gedir. Cəbhədəki reallıqlar ortadadır və heç kim bunu inkar edə bilməz”.