Suriya hakimiyyəti və SDQ arasında razılıq əldə olundu

Suriyanın keçid hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılıq əldə olunub.
Liderxeber.az"Haber Global" telekanalına istinadla xəbər verir ki, razılaşmanı Suriya Prezidenti Əhməd əş-Şaraa və SDQ-nin başçısı Mazlum Abdi imzalayıblar.
Razılaşma səkkiz maddədən ibarətdir. Əldə edilmiş razılığa əsasən, SDQ dövlət orqanlarında təmsil olunacaq.
Digər maddələr arasında kürdlərin vətəndaşlıq haqlarına zəmanət verilməsi, Suriyanın bütün ərazisində atəşkəsin təmin edilməsi, Suriyanın şimalındakı bütün mülki, hərbi qurumların, sərhəd-keçid məntəqələrinin, aeroportların, neft-qaz yataqlarının Suriya dövlətinə inteqrasiya edilməsi yer alır.
Qeyd edək ki, Suriyadakı SDQ-nin əsasını PKK-nin YPG qanadının terrorçuları təşkil edirlər.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət

12 avqust 2024, Bazar ertəsi
Suriyada ABŞ qüvvələri ilə İranın dəstəklədiyi qruplar arasında gərginlik artır